Kamal Abdullaya Ural Federal Universitetinin fəxri doktoru adı verilib

Kamal Abdullaya Ural Federal Universitetinin fəxri doktoru adı verilib Sentyabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb.
Sentyabrın 14-də Ural Federal Universitetinin Xarici regionşünaslıq kafedrası K.Abdullaya fəxri doktor adının verilməsi üçün eyniadlı universitetin Ural Humanitar İnstitutu qarşısında məsələ qaldırıb.
Təklifi müzakirə edən Elmi Şuranın qərarına əsasən, K.Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb.
Qeyd etmək lazımdır ki, Ural Federal Universiteti Rusiyanın ən nüfuzlu universitetlərindən biridir və Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyır.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər