Leyla Əliyeva fəxri professor oldu

Leyla Əliyeva fəxri professor oldu Heydər Əliyev Fondunun vitse-prezidenti Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri üzvü olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 19-da Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb.
Ötən gün universitetdə onun tələbələrlə görüşü olub. Sonra ali təhsil ocağının qonaqlarına universitetin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov bildirib ki, bu ali təhsil müəssisəsi MDB məkanında fiziki imkanları məhdud olan insanların təhsil aldıqları yeganə universitetdir. Burada onların rahat hərəkət etmələri və təhsil almaları üçün bütün şərait yaradılıb. Rektor dedi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 9 il əvvəl universitetin qonağı olub, təhsil ocağının müəllim-tələbə heyəti ilə görüşüb. Universitetin 20 illiyində Leyla Əliyevanın təşəbbüsü ilə ali təhsil ocağının kompüter otağı müasir texnologiya ilə təchiz edilib, linqvistika otağına yeni avadanlıqlar hədiyyə olunub.

Leyla Əliyeva fəxri professor oldu

Leyla Əliyeva Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru oldu
Universitetin rektoru Azərbaycan ilə Rusiya arasında təhsil sahəsindəki xidmətlərinə və fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasına verdiyi töhfəyə görə Leyla Əliyevanın Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru adına və diplomuna layiq görüldüyünü bildirib.
Bu fəxri ad Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın layiq görüldüyü ilk Rusiya təltifi deyil. Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, xaricdə rus dilinin, mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə ötən il noyabrın 4-də Moskvada Böyük Kreml Sarayının Georgiyevski zalında Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medallarına, habelə III dərəcəli “Müqəddəs Mələksima Knyaginya Olqa” ordeninə də layiq görülüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti L. Əliyeva bu yüksək etimada görə təşəkkürünü bildirib: "Mən buraya gəldiyim andan səmimi, isti, həyat eşqi ilə dolu bir şəraitə düşdüm. Burada 9 il bundan əvvəl olmuşdum. Hazırladığınız filmə görə sağ olun. Bu, olduqca təsirli və dəyərli əsərdir. İnanıram ki, həyatda heç nə təsadüfi olmur. Bizim hamımızı Ulu Tanrı qoruyur, onun sayəsində möcüzələr baş verir. Əsas məsələ buna inanmaq, öz qəlbini açmaq, heç nədən qorxmamaqdır". Heydər Əliyev Fondunun vitse-prezidenti tələbələrin suallarını cavablandırıb.

Leyla Əliyeva fəxri professor oldu

Tehsil-press.az

Oxşar xəbərlər