“Rusiya və Türkiyə həmfikirdir” - Ərdoğan

“Rusiya və Türkiyə həmfikirdir” - Ərdoğan Türkiyə və Rusiya prezidentlərinin Ankarada baş tutan görüşündən sonra mətbuat konfransı keçirilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə İraq və Suriya daxil olmaqla, regional məsələləri müzakirə etdiklərini deyib:
“İstər İraqın, istərsə də Suriyanın ərazi bütövlüyü məsələsində həmfikirik”.

“Rusiya və Türkiyə həmfikirdir” - Ərdoğan

İraq Kürd Regional Hökumətinin keçirdiyi referendum haqqında da danışan Ərdoğan bildirib ki, bu addımın heç bir hüquqi əsası yoxdur:
“Çox təəssüf ki, dostcasına xəbərdarlıqlara baxmayaraq referendumu keçirərək çox böyük səhv etdilər. Heç kimin qısa müddətli mənfəətlərə görə bölgəni atəşə atmağa haqqı yoxdur”.
Ərdoğan Rusiya və Türkiyə arasındakı ticarət əlaqələrinin daha da inkişaf edəcəyini, 100 milyard dollar ticarət dövriyyəsi hədəfinə çatacaqlarını sözlərinə əlavə edib.

“Rusiya və Türkiyə həmfikirdir” - Ərdoğan

Oxşar xəbərlər