ŞİKAYƏT

ŞİKAYƏT
Bakı şəhəri Nizami r-nu, Q.Qarayev pr.,
ev 120, m. 28-də yaşayan Tel: (012) 376-89-92; (050) 538-36-56
ehtiyatda olan polkovnik-leytenant, II qrup Qarabağ
Müharibəsi əlili Hüseynov Zakir Zahid
oğlu tərəfindən


Hörmətli Mehriban xanım!
Mən 1992-ci il 20 oktyabr bir zabit kimi könüllü olaraq hərbi xidmətə yollanmışam, 1993-cü ildə düşmənlərə qarşı gedən döyüşlər zamanı ağır yaralandım və ayağımı dizdən yuxarı itirməklə II qrup əlil oldum. Yaralandıqdan sonra da təxris olunmayıb Müdafiə Nazirliyinin tabeliyində olan hərbi komissarlıqlarda hərbi xidmətimi davam etdirdim.
2009-cu ilin iyununda ştat ixtisarı ilə ixtisar olunmuş, sərəncama götürülmüşdüm. “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığıma görə) vaxtında əvvəl heç bir qüsurum olmadığı halda son yaş həddimə çatmamış hərbi xidmətdən 46 yaşında ehtiyata tərxis etdilər. Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı şəhəri, Nizami rayonu Hərbi Kommissarlığında mülki işçi kimi işə qəbul olundum. Bu vəzifədə hazırkı vəzifə maaşın 350-400 manat cıvarındadır.
2012-ci ildə hərbi komissarlıq sistemi yenidən qurularaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra guya işçi sayının azalması və ya ştatların ixtisara salınması “əsas” götürülməklə (AR ƏM, 70-ci maddə) tutduğum vəzifədən qeyri-qanuni olaraq azad edilmişəm. Bir müddət sonra isə məni SHXÇDX-nin nəzdində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin Bakı şəh. Xətai rayon filialında mühəndis-mexanik kimi işə qəbul etdilər.
- Hazırda HVMH-də işlədiyim mühəndis-mexanik vəzifəsi əslaç mənim ixtisıma uyğun deyildir, mən nə mühəndisəm, nə də mexanik işini bilmirəm. İndiki iş yerimdən aldığım 62 manat heç mənim müalicə xərclərimə kifayət etmir, habelə hərbi rütbəmə uyğun deyildir. Mən polkovnik-leytenant kimi ehtiyata buraxılmışam.
- Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətində ixtisara salınmağını ədalətli olmamışdır, çünki mən vəzifəmin öhdəsindən lazımınca gəlirdim, həm də bir veteran və müharibə əlili kimi ixtisara salınmalı deyildim (bu, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və “Əlillərin sosial müdafiədi haqqında” Qanunun 24 və 29-cu maddələrinə ziddir. Hətta Əmək Məcəlləsinin 78-ci maddəsi də buna yol vermir. Bundan başqa, mənim tutmuş olduğum ştat ixtisara düşməyib, sadəcə adı dəyişib və həmin ştata başqa şəxs müfəttiş olaraq qəbul edilmişdir. Maaşı da yuxarıda göstərədiyim kimi, 350-400 manat arasındadır, yəni mənim indiki maaşımdan dəfələrlə çox. Bu qədər maaş fərqi olan çox daha vəzifəyə keçirilməyə mən necə razılıq verə bilərdim? General-leytenant Arzu Rəhimov ancaq öz qohumlarını və ona yaxın olan ehtiyatda və ya istefada olan zabitləri işə götürür.
Hörmətli Mehriban xanım!
Mən işğal olunmuş ərazilərimizin azad olunmasıç üçün yenə öz canımı verməyə hazıram.
Mənim ahıl valideynlərim ermənilərlə həmsərhəd kənddə yaşayır, daim düşmən atəşinə məruz qalırlar. Mən onların da qayğısına qalmalıyam. Həyat yoldaşım və qızım 2003-cü ildə vəfat etmişlər. Hal-hazırda himayəmdə azyaşlı yeganə oğlum var, mən ona həm ata, həm də anayam.
- Dəfələrlə ixtisas və təcrübəmə uyğun işlə təmin olunmaq üçün SHXDÇX-nin hazırkı rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olmuşam, bu orqana yazılı müraciətlər etmişəm (surətləri qoşulur). Lakin bugünədək məsələ həllini tapmamış və mən münasib işlə təmin olunmamışam, odur ki, müraciətimi bir daha bu orqana göndərilməməsini Sizdən xahiş edirəm.

Dərin hörmət və ehtiramla:
Hüseynov Zakir Zahid oğlu

Oxşar xəbərlər