Hər gün izlədiyiniz aparıcıları bir də belə görün - Video

Hər gün izlədiyiniz aparıcıları bir də belə görün - Video Ötən həftə Xəzər TV-nin 10 yaşı tamam olub.
Kanalın məşhur xəbər, şou və radio aparıcıları “Xəzər”lə bağlı yaddaqalan hadisələrdən danışıblar, “Ailənizin xəzəri” şüarı ilə yayımlanan TV-nin ad günü münasibətilə bütün tamaşaçıları təbrik ediblər.
Bundan əlavə, kanalın ilk aparıcısı Nəcəf Həsənov bu barədə öz fikirlərini bölüşüb. Həmçinin, kanalın ən reytinqli verilişlərindən olan Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Bizə danış”ın kulisində baş verənlər lentə alınıb.
Bu məqamda onu da qeyd edək ki, kanal yeni mövsümə təzə layihə və proqramlarla başlayıb. Hər dəqiqə yenilikləri ilə tamaşaçıları təəccübləndirən televiziya bu dəfə “Xəzər səhər” adlı yeni informatik bir proqram ərsəyə gətirib. Eyni zamanda, bu mövsümdə “Xəzər”də yeni müsabiqə, ictimai-siyasi və şou xarakterli verilişlər yayımlanmağa başlayacaq.
Xəzər TV-nin 10 mərtəbədən, 265 otaqdan ibarət möhtəşəm binasından hazırladığımız videoreportajı təqdim edirik:



Tehsil-press.az


Oxşar xəbərlər