Rusiya gəmiləri Xəzərdə atışmaya başlayır

Rusiya gəmiləri Xəzərdə atışmaya başlayır Gəmilər Mahaçqala limanından dənizə çıxıblar.

Rusiyanın Xəzər donanmasının gəmiləri təlimə hazırlaşırlar. ANS PRESS-in məlumatına görə, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidməti bildirib.
"Volqodonsk" kiçik artilleriya gəmisi və Xəzər dəniz donanmasının əlavə dəstək gəmilərinin heyəti onlara verilən vəzifələri yerinə yetirmək üçün Mahaçqala limanından Xəzər Dənizinə çıxıblar. Onlar burada Rusiyanın təhlükəzsizliyini təmin etmək üçün təlimlər keçəcəklər. Bundan başqa, döyüş atəşlərinin açılması da nəzərdə tutulur.
Gəmilər, həmçinin, "Dəniz kuboku" müsabiqəsinə hazırlıq çərçivəsində məşqlər də həyata keçirəcəklər. Bu müsabiqə avqustda Ordu beynəlxalq oyunları çərçivəsində olacaq. Gəmilərin ekipajları ümumilikdə Xəzərdə 1,5 min mil üzəcəklər.

Rusiya gəmiləri Xəzərdə atışmaya başlayır
Xəzər dənizində Rusiya donanması

Rusiya sonuncu dəfə martda Xəzər dənizində təlimlərə başlayıb. Təlimlərdə təxminən 30 hərbi gəmi, kater və Rusiya Xəzər donanmasının gəmiləri təyinat üzrə vəzifələri yerinə yetiriblər.


Tehsil-press.az

Oxşar xəbərlər