AŞPA-nın yeni prezidenti məlum oldu

AŞPA-nın yeni prezidenti məlum oldu Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti məlum olub.
Tehsil-press.az xəbər verir ki, yeni rəhbər təşkilatın payız sessiyasının ilk günündə keçirilən səsvermənin nəticəsinə əsasən müəyyən olub. Üçüncü turdan sonra AŞPA kiprli parlamentari Stella Kiriakidesi quruma müvəqqəti rəhbər seçib. Onun leyhinə 132 deputat səs verib. Kiriakides 2018-ci ilin yanvarına kimi quruma rəhbərlik edəcək.
Xatırladaq ki, AŞPA prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib.

Tehsil-press.az



Oxşar xəbərlər