
Səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Nikolaos Kanellos etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıldı, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edildi.
Tehsil-press.az