ADU-nun Konfutsi İnstitutu Çin mətbəxinin ən populyar yeməklərini təqdim edib

ADU-nun Konfutsi İnstitutu Çin mətbəxinin ən populyar yeməklərini təqdim edib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları Beynəlxalq Kulinariya Günü münasibətilə keçirilən bayram şənliyində iştirak ediblər.
Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkil etdiyi tədbirdə “Çin mətbəxinin səkkiz ən populyar yeməyi” kulinar şou-proqramı təqdim olunub.
Pekindən dəvət olunan tanınmış aşpaz Li Canjuy azərbaycanlı həmkarları ilə ət, tərəvəz, balıq və dəniz məhsullarının hazırlanması sirlərini iştirakçılarla bölüşüb. Yeməklərin təqdim olunması qədim Çin melodiyalarının ənənəvi bambuk fleytada səsləndirilməsi ilə müşayiət olunub və tai ci chuan gimnastika sağlamlaşdırıcı hərəkətlərdən ibarət rəqs nümayiş etdirilib. Eyni zamanda, qonaqlar məşhur yaşıl Çin çayının dəmlənməsi mərasimində iştirak ediblər.
Daha sonra Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin və Azərbaycan mətbəx ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib. O, Azərbaycanın rəngarəng və özünəməxsus mətbəxini Çin ictimaiyyətinə təqdim etməyin Konfutsi İnstitutunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu deyib.
Tədbirdə Konfutsi İnstitutunun əməkdaşları Çin mətbəxini təqdim ediblər.
Qeyd edək ki, Konfutsi İnstitutunun əməkdaşları ölkəmizdə keçirilən beynəlxalq Qəbələ mürəbbə festivalı və Xaçmaz dolma festivalının mükafatçıları olublar.

ADU-nun Mətbuat xidməti


ADU-nun Konfutsi İnstitutu Çin mətbəxinin ən populyar yeməklərini təqdim edibADU-nun Konfutsi İnstitutu Çin mətbəxinin ən populyar yeməklərini təqdim edib

Oxşar xəbərlər