ADU nəzdində Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında müqavilə imzalanıb

ADU nəzdində Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında müqavilə imzalanıb İyunun 6-da Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Böyük İpək Yolunda kulinariya sənəti” mövzusunda tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qeyd edib ki, Azərbaycan və Çinin milli kulinariya sənəti mədəni irsin vacib elementi və xalqlarımızın çoxəsrlik ənənələridir. O, Böyük İpək Yolunun mətbəx və qidalanma ənənələrinin xalqların mədəniyyətlərinə qarşılıqlı təsiri haqqında danışıb. Professor Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov Azərbaycan mətbəxinin müxtəlifliyi və zənginliyindən, dünyaca məşhurluğundan, beynəlxalq müsabiqələrdə azərbaycanlı kulinarların uğurlarından danışıb.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşları Çin mətbəxinin tarixi, regional üslubu və tanınmış yeməkləri haqqında danışıblar.
Sonda Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması mərasimi keçirilib. Müqavilənin əsas məqsədi Azərbaycan və Çin arasında kulinariya incəsənəti sahəsində də əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpazların və kulinarların hazırlanması sahəsində əlaqələrin fəallaşdırılması, Azərbaycanda Çin milli mətbəxinin və Çində Azərbaycan milli mətbəxinin tanıdılması, kulinariya sənəti sahəsində və restoranların milli dizaynında müsabiqə və konfransların keçirilməsinə yardım edilməsi, kulinariya sahəsində iki ölkənin aparıcı mütəxəssislərinin ustad dərslərinin keçirilməsidir.
Sonda Çin kulinariyası haqqında sənədli film nümayiş olunub.
Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr və siyasət şöbəsinin rəhbəri cənab Zheng Haynin də iştirak edib.

ADU-nun Mətbuat Xidməti


ADU nəzdində Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında müqavilə imzalanıb

ADU nəzdində Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında müqavilə imzalanıb

ADU nəzdində Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında müqavilə imzalanıb

Oxşar xəbərlər