Konqresin Böyük İpək Yolu ölkələrində Konfutsi İnstitutlarının fəaliyyətinə həsr olunan ayrı-ayrı bölmələrdə iştirak edən nümayəndələrimiz ADU-nun tərəfdaş universiteti olan Xucjou Universitetinin rektoru Çjan Litsin ilə görüşüblər. Çjan Litsin ADU Konfutsi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib və ADU rəhbərliyi başda olmaqla Konfutsi İnstitutunun müəllim və əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə öz minnətdarlığını bildirib.
ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasovun sözlərinə görə, ADU Konfutsi İnstitutunun əsas fəaliyyət istiqamətlərindən biri Çinin Trans-Avrasiya iqtisadi və nəqliyyat dəhlizlərinin yaradılmasını hədəfləyən “Bir Kəmər, Bir Yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın iştirak etməsi ilə bağlı elmi araşdırmaların aparılmasıdır. O, bildirib ki, ötən il ADU Konfutsi İnstitutu Azərbaycanın Çin ilə siyasət, iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlığına həsr olunmuş 20-dən çox elmi seminar keçirib.
ADU-nun Mətbuat Xidməti


