
Altəpə, vəzifəsindən ayrılsa da bundan sonra üzvü olduğu Ədalət və İnkişaf Partiyasından (AKP) ayrılmayacağını, prezident Rəcəb Tayyib Ərdoğana əks getməyəcəyini bildirib:
“Bizə yaraşanı edəcəyik. Böhran şəraiti yaratmayacağıq. Heç bir məsələdə verilməyəcək hesabımız yoxdur. Alnımız açıq, başımız dikdir”.
Qeyd edək ki, Altəpə 2009-cu ildən bu vəzifədə idi.
Bir neçə gün öncə Ərdoğan Bursa ilə yanaşı, Ankara və Balıkesir şəhər bələdiyyə sədrlərini istefaya çağırmışdı.
Tehsil-press.az