Azərbaycanda xüsusi təhsil kompleksləri yaradılacaq

Azərbaycanda xüsusi təhsil kompleksləri yaradılacaq Azərbaycanda təhsilin keyfiyyətinin artırılması üçün ilk peşə, orta ixtisas və ali təhsil pillələri üzrə mütəxəssis hazırlayan təhsil komplekslərinin yaradılması nəzərdə tutulur.
Bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində nəzərdə tutulur.
Layihədə qeyd edilir ki, ali təhsil müəssisələri üçün universitet şəhərçikləri (kampuslar) və müvafiq texnoparkların yaradılması, ali təhsil müəssisələrində distant təhsilin geniş tətbiqi təhsilin prioritet istqamətləri sırasına daxil edilib.
Layihəyə əsasən, texniki-peşə təhsili üzrə yeni kurrikulumun, yeni ixtisas təsnifatının hazırlanması da nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər