
Layihədə qeyd olunub ki, Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, gənclərin inkişafına təsir göstərən kompyuter oyunları və mobil tətbiqi proqramların hazırlanması nəzərdə tutulur.
Layihədə həmçinin, “e-gənclik” elektron xidmət və informasiya portalı resursunun, o cümlədən İnternet televiziyası məkanında gənclər kanalının yaradılması nəzərdə tutulur. Bundan əlavə, layihədə gənclərin inkişaf etdirilməsi, sağlamlığının qorunması, mənəvi-əxlaqi tərbiyəsi, istedadlı gənclərin üzə çıxarılması və s. istiqamətlərdə bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az