
AMEA-dan tehsil-press.az-a bildiriblər ki, görüşdə qonaqlara RPİ-nin tarixi, laboratoriyaları, elmi fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Sonra onlar institutun laboratoriyalarının tədqiqat prosesi ilə tanış olublar.
Çexiyalı alimlər RPİ-nin radiasiya cihazqayırma, radiobiologiya və radioprotektorlar laboratoriyaları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Tehsil-press.az