Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama

Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu günə planlaşdırdığı mitinqin təhlükəsizliyini həmişəki kimi təmin edəcək.
Bu barədə Tehsil-press.az-a Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.
O bildirib ki, DTX-nın məlum əməlliyyatları, mitinqdə terror aktının törədiləcəyi ilə bağlı yayılan məlumatlar onların təhlükəsizlik planlarında hər hansı bir dəyişiklik yaratmayacaq:
"Polis onsuz da hər mitinqdən öncə həmin ərazini yüksək səviyyədə nəzərdən keçirirdi. Bu dəfə də elə olacaq. Yəni təhlükəsizlik tədbirləri əvvəl necə nəzərdə tutulmuşdusa, elə həmin şəkildə həyata keçiriləcək".

Tehsil-press.az


Oxşar xəbərlər