ADNSU-da təhsil almaq üçün daha 54 əcnəbi gənc ölkəmizə gəlib

ADNSU-da təhsil almaq üçün daha 54 əcnəbi gənc ölkəmizə gəlib Əcnəbi tələbələr Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil almağa maraq göstərirlər.
2017-2018-ci tədris ilində bu ali məktəbdə təhsil almaq üçün bir sıra ölkələrdən 54 əcnəbi gənc təhsil almaq üçün ölkəmizə gəlib.
Onlardan 16-sı Türkmənistan, 15-i Çin Xalq Respublikası, 3-ü Türkiyə, 5-i Rusiya, 3-ü Qazaxıstan, qalanları isə digər ölkələrdən olan tələbələrdir.
Əcnəbi gənclərin təhsili üçün universitetdə bütün lazımi şərait yaradıb.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər