ADNSU-da “Unibook” birinci kurs tələbələrinin istifadəsinə verilib

ADNSU-da “Unibook” birinci kurs tələbələrinin istifadəsinə verilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Unibook” (Elektron universitet) birinci kurs tələbələrinin istifadəsinə verilib.
ADNSU-nun informasiya texnologiyaları departamentinin direktoru Elnur Səfərli “Unibook” haqqında geoloji-kəşfiyyat və kimya-texnologiya fakültələrinin birinci kurs tələbələrinə məlumat verib. Sistemin iş prinsipi, daxili qaydaları tələbələrə izah olunub. Bildirilib ki, “Unibook” vasitəsilə tələbələr ayrı-ayrı tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid bir informasiya mühitində istənilən fənn üzrə materiallar əldə etməklə hər bir müəllimin mühazirə və konspektləri ilə tanış ola bilərlər.
Vurğulanıb ki, bütün tələbələr portala giriş imkanına malikdirlər. Bunun üçün hər tələbənin xüsusi şifrəsi var. Onlar istədikləri vaxt şifrələrini dəyişə bilərlər. “Unibook” tələbələrə istədikləri məlumatı öyrənmək, dərs tapşırıqlarını hazırlamaq, bütün kafedralar haqqında məlumat almaq və internet vasitəsilə müəllimlərlə əlaqə saxlamaq imkanı verir.
Xatırladaq ki, portalda universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdirilib.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU-da “Unibook” birinci kurs tələbələrinin istifadəsinə verilib

Oxşar xəbərlər