
Daha sonra Azərbaycanda məskunlaşan udin, rutul, talış, ingiloy və digər etnik azlıqların həyat tərzləri barədə ətraflı danışan İ.Kunina onların qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını deyib: “Azərbaycan müstəqillik əldə etdikdən sonra burada yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur. Onların doğma dillərində ünsiyyət qurmaları, eyni zamanda dini inanclarını da yerinə yetirmələri üçün şərait yaradılır. Mədəni müxtəlifliyin qorunması multikulturalizmin əsas istiqamətlərindən biridir”.
Mühazirənin gedişində tələbələrə Azərbaycanın memarlıq abidələri, tarixi məkanları, fərqli etnik mənsubiyyətləri olan insanların həyatı haqqında qısasujetli film də nümayiş olunub.
İnteraktiv şəkildə keçən mühazirə tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.
ADU-nun Mətbuat Xidməti


