Səhiyyə Nazirliyi xalqa müraciət etdi: “Dovşan kimi sevişin”

Səhiyyə Nazirliyi xalqa müraciət etdi: “Dovşan kimi sevişin” Polşanın Səhiyyə Nazirliyi ölkənin sürətlə aşağı düşən əhali sayını artırmaq üçün yeni təlimatlandırıcı videolar hazırlayıb.
Videoda cütlüklərə “dovşanlar kimi sevişin” mesajı verilib.
Nazirliyin Yutubda yayımladığı 30 saniyəlik videonun başlanğıcında xoşbəxt görünən 10 dovşan təsviri verilib.
Dünya Bankının verdiyi faizlərə görə, Polşada hər qadına ortalama 3 uşaq düşüb. Lakin bu rəqəm 2015-ci ildən etibarən sürətlə azalaraq 1,32 olub. Keçən il isə ölkədə ilk dəfə ölənlərin sayı doğulanların sayını keçib. Səhiyyə Nazirliyi isə xalqı dovşanlar kimi rahatlamaq, sağlam yemək və məşq etmək, daha sonra isə məhz dovşanlar kimi nəsil artırmağı tövsiyə edib.
Polşa Dil Şurasının üzvü Cerzi Bralsik isə bu videonun ölümcül bir fikir olduğunu, çünki dovşanlar və nəsil artırmaq arasında bağlılıq olmadığını deyib.
Səhiyyə Nazirliyi isə tövsiyə videosunun heç kimi narahat etməyəcəyi və mövzunu sadə şəkildə çatdırmaq istədiklərini bildirib.



Kəmalə Rəhimli


Oxşar xəbərlər