İranda 3 gün dağıntılar altında qalan körpə xilas edildi
İranda zəlzələ dağıntıları arasından körpə xilas edilib. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi rəsmisi məlumat verib. Körpə 3 gün dağıntıların altında qalıb. Xatırladaq ki, İran-İraq sərhədində noyabrda 12-də 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələdə ölənlərin sayı 500-ü keçib.