ADU-da “Azərbaycan-Çin hüquqi əməkdaşlığı” mövzusunda seminar keçirilib

ADU-da “Azərbaycan-Çin hüquqi əməkdaşlığı” mövzusunda seminar keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününə həsr olunmuş “Azərbaycan-Çin hüquqi əməkdaşlığı” mövzusunda elmi seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin və Azərbaycan hüquq-mühafizə orqanları arasında əməkdaşlığın uğurlu inkişafından bəhs edərək, korrupsiyaya qarşı mübarizə və korrupsiya cinayətlərinin qarşısının alınmasında Azərbaycan-Çin əməkdaşlığına xüsusi diqqət yetirildiyini söyləyib. R.Abbasov bildirib ki, 1999-cu ildə ümummilli lider Heydər Əliyev Çin Xalq Prokurorluğunun nümayəndə heyəti ilə görüşü zamanı beynəlxalq terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycan-Çin əməkdaşlığının vacibliyini xatırladıb. O, Çinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda ədliyyə və məhkəmə sisteminin inkişafı sahəsində genişmiqyaslı islahatlara, o cümlədən yeni innovativ xidmətlər, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə böyük maraq göstərdiyini qeyd edib.
R.Abbasovun sözlərinə görə, Çin Kommunist Partiyasının XIX qurultayında çıxış edən ÇXR sədri Si Cinpin də partiya və dövlətdə qayda-qanun və sabitlik üçün əsas təhlükə olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini qeyd edib. O, Azərbaycanın Çinin təşəbbüsü və BMT-nin dəstəyi sayəsində yaradılan Beynəlxalq Korrupsiya ilə Mübarizə Assosiasiyasının təşkilatçılarından biri olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşı, ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova tədbirdə çıxış edərək bildirib ki, ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədi ilə müasir dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr tarixi ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Məruzəçi 2003-cü ildən başlayaraq ulu öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında davam etdirilən islahatların Ədliyyə Nazirliyini dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevirdiyini, bu dövrdə ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirildiyini, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulduğunu, nazirliyin işinin və strukturunun daha optimal şəkildə təşkili, əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi istiqamətində kompleks tədbirlər həyata keçirildiyini qeyd edib. Həmçinin, ölkəmizin hüquqi sahədə əməkdaşlığında Ədliyyə Nazirliyinin xüsusi yer tutması, nazirliyin beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında və ölkəmizin tərəfdaş olduğu müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsində fəal iştirak etməsi, Azərbaycan Respublikası və Çin Xalq Respublikasının ədliyyə sahəsindəki əməkdaşlığı barədə söhbət açıb.
Seminarda çıxış edən ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Mətanət Əsgərova Azərbaycan Ədliyyə Akademiyasının beynəlxalq əməkdaşlığının ölkəmizin ədliyyə orqanlarının inkişafı, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətindən danışıb.

ADU-nun Mətbuat Xidməti

ADU-da “Azərbaycan-Çin hüquqi əməkdaşlığı” mövzusunda seminar keçirilibADU-da “Azərbaycan-Çin hüquqi əməkdaşlığı” mövzusunda seminar keçirilibADU-da “Azərbaycan-Çin hüquqi əməkdaşlığı” mövzusunda seminar keçirilibADU-da “Azərbaycan-Çin hüquqi əməkdaşlığı” mövzusunda seminar keçirilib

Oxşar xəbərlər