“O Səs Türkiyə”nin dünənki buraxılışında Təbrizdən olan Cənubi azərbaycalı ifaçı öz çıxışı ilə yadda qalıb.
Məşhur mahnı müsabiqəsinin növbəti buraxılışında Yunes Borumand adlı ifaçı Azərbaycanın sabiq mədəniyyət naziri, Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri və Xalq artisti Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edib.
Y.Borumandın çıxışına Hadisə ilə Murad Boz dönüb. Murad Boz Yunes Borumanda onunla mahnını yenidən və duet şəklində oxumağı təklif edib. Sonda Yunes Murad Bozu seçməyə qərar verib.
Lakin qeyd etmək lazımdır ki, Yunes çıxışından çox ifa etdiyi mahnı müzakirə olunub. Murad Boz mahnının musiqisinin Polad Bülbüloğluna aid olduğunu və bu mahnını çox bəyəndiyini ifadə edib:
“Polad Bülbüloğlunun bu bəstəsi musiqi həyatımda ən çox dinlədiyim və sevdiyim mahnılardan biridir. Azərbaycandan həqiqətən də çox gözəl əsərlər çıxır, bu da onlardan biridir”.
Göhkan Özoğuz isə nazirin belə bir bəstə yazmasından çox təsirləndiyini gizlətməyib. “Gəl ey səhər” mahnısı ilə bağlı Hadisə də öz fikirlərini bölüşüb və onun böyük əsər olduğunu dilə gətirib.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, “O Səs Türkiyə”də mahnılarımız adətən anonim şəklində təqdim edilsə də, dünənki verilişdə “Gəl ey səhər”in sözlərinin Fikrət Qoca, bəstəsi Polad Bülbüloğlıuna aid olduğu titrlərdə qeyd edilib.
Tehsil-press.az