
Ailənin yaxınları sosial şəbəkədə hadisə ilə bağlı yeni məlumatlar paylaşıb. Belə ki, qəzada yaralanan Azər Əhmədov 4 gün süni nəfəs aparatına qoşulu saxlansa da, onun və 6 yaşlı qızı Mədinənin həyatını xilas etmək mümkün olmayıb.
Qəzada yaralanan ailənin digər üzvləri Olqa Əhmədova və oğlu Malikin isə hazırda müalicəsi davam etdirilir.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub.
Tehsil-press.az