Sabah bəzi bölgələrə qar yağacaq

Sabah bəzi bölgələrə qar yağacaq Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Tehsil-press.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 3-6°, gündüz 8-11°, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacaq.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər