Toya getmək üçün evdən çıxdı, qayıtmadı
Bir neçə gün bundan əvvəl azərbaycanlı musiqiçi Əli Cəfərov itkin düşüb. Bu barədə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu instaqramda məlumat yayıb.
O bildirib ki, Ə. Cəfərov toya getmək məqsədi ilə evdən çıxıb və qayıtmayıb:
“Şəkildə gördüyünüz musiqiçi dostumuz Əlidir. Dünən evdən toy məqsədi ilə çıxıb və hələ də qayıtmayıb. Görən şəxslər bizə məlumat versin”.
Tehsil-press.az
- Baxış: 5379
Xəbərin tarixi: 04.12.2017 / 20:19
-
Oxşar xəbərlər