Reketçilikdə ittiham olunan baş redaktorun məhkəməsi başladı

Reketçilikdə ittiham olunan baş redaktorun məhkəməsi başladı Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi başlayıb.
Hakim Fikrət Qəribovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. H.Vəliyevin vəkillərinin onun hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürlüməsi və H.Vəliyevin ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməyib.
Proses dekabrın 26-da davam etdiriləcək.
H.Vəliyev ümumi olaraq 12 epizod üzrə ittiham edilir. DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.
“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs edib. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunur.

Tehsil-press.az

Oxşar xəbərlər