Artur Rasi-zadə 4 köməkçisini işdən çıxardı

Artur Rasi-zadə 4 köməkçisini işdən çıxardı Baş nazir Artur Rasi-zadənin köməkçilərinin sayı azaldılıb.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.
Baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib.
Baş nazirin birinci müavininin köməkçilərinin sayı isə artırılaraq 2 nəfərə çatdırılıb. İndiyə qədər baş nazirin birinci müavininin 1 köməkçisi olub.

Tehsil-press.az

Oxşar xəbərlər