Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Qoşqar İlahi oğlu Təhməzlinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Qoşqar Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunu olan Q. Təhməzli Tibb elmləri üzrə fəlsəfə doktorudur. Yeni Agentliyin sədri 2006-cı ildə fəaliyyətə başlamış “Medeks” şirkətinin rəhbəridir. O, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bu il iyunun 16-da prezidentin sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilib. Tehsil-press.az