Azərbaycanda ev heyvanları üçün xüsusi otel

Azərbaycanda ev heyvanları üçün xüsusi otel Bir neçə ildir ki, Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin nəzdində ev heyvanları üçün otel fəaliyyət göstərir. Heyvan sahibləri bir neçə günlük səfərə və ya istirahətə gedəndə ev heyvanlarını həmin otelə verib gedə bilərlər. Otel ikinövbəli iş rejimində işləyir, yəni heyvanlar 24 saat nəzarətdə olurlar.
Publika.az xəbər verir ki, Xilasetmə Mərkəzinin əməkdaşı Vüsalə Əlinin verdiyi məlumata görə, burada pişiklər üçün 20-25, itlər üçün 30-dan çox otaq var. Ev heyvanlarını otelə yerləşdirməzdən əvvəl onların sahiblərinin bəzi şərtləri bilməsi lazımdır. Ən vacib məsələlərdən biri heyvanların peyvəndli olmasıdır. Onların sevdiyi yataq və ya sevimli oyuncaq varsa, onu da heyvanla birlikdə gətirmək olar. Burada olduğu müddətdə itlər və pişiklər müəyyən saatlarda gəzintiyə buraxılırlar.
Otelin həyəti, mətbəxi, camaşırxanası, həyətində isə hovuzu və gəzinti üçün park, heyvanların əylənməsi üçün attraksionlar var. Oteldə qiymətlər ev heyvanının it və ya pişik olmasından, nə qədər qalmasından asılı olaraq dəyişir. Pişiklər üçün gündəlik qiymət 15, itlər üçün 20-25 manatdır. Heyvanlar uzun müddət qalanda həmin qiymətlərə endirimlər edilir.

Təhsil-press.az

Oxşar xəbərlər