Sinoptiklər xəbərdarlıq edir: Yeni ilin ilk günündə hava şəraiti kəskin dəyişəcək

Sinoptiklər xəbərdarlıq edir: Yeni ilin ilk günündə hava şəraiti kəskin dəyişəcək Yanvarın 1-i axşamdan 2-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 1-2-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Kəmalə Rəhimli

Oxşar xəbərlər