Bakı Avrasiya Universitetində doktoranturaya qəbul başlanıb

Bakı Avrasiya Universitetində doktoranturaya qəbul başlanıb Bakı Avrasiya Universitetində 2018-ci il üçün təhsilin doktorantura və dissertantura pilləsinə qəbula start verilib.
Fəlsəfə doktorluğu proqramları üzrə doktorantura və dissertanturaya qəbul ümumi iqtisadiyyat, Dil nəzəriyyəsi, Azərbaycan dili, Alman dilləri, Azərbaycan ədəbiyyatı, Folklorşünaslıq, Beynəlxalq münasibətlər, Siyasi institutlar və sistemlər ixtisasları üzrə aparılacaq.
Doktorantura və dissertanturaya ali təhsil olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya qəbul olunmaq istəyənlər ixtisas, xarici dil (rus dili istisna olmaqla seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfə fənlərindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsahibə keçirilir. Dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün elmi və elmi-pedaqoji iş stajı tələb olunur. Doktorantura və dissertanturaya sənədlərin qəbulu 10 yanvar - 01 fevral 2018-cü il, qəbul imtahanları və dissertant olmaq istəyən şəxslərlə müsahibələr 05 fevral – 20 fevral 2018-ci il müddətlərində keçirilir.

Hikmət Əliyev

Oxşar xəbərlər