ABŞ-da 560 milyon dollarlıq cekpotla uduşlu lotereya bileti satılıb

ABŞ-da 560 milyon dollarlıq cekpotla uduşlu lotereya bileti satılıb ABŞ-ın ən məşhur lotereyalarından biri olan "Powerball"da 560 milyon dollarlıq cekpotla uduşlu lotereya bileti satılıb.
Lotereyanın təşkilatçıları xoşbəxt biletin Nyu-Hempşirdə satıldığını bildirib.
Qalibin adı barədə hələlik məlumat verilmir.
Qaydalara əsasən, qaliblər bütöv cekpotu bir neçə il ərzində hissə-hissə, ya da birdəfəlik, daha kiçik məbləğ ala bilər.

Tehsil-press.az

Oxşar xəbərlər