İran XİN rəhbəri Moskvaya gedir

İran XİN rəhbəri Moskvaya gedir İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Moskvaya səfər edəcək.
Məlumata əsasən, səfər zamanı Cavad Zərifi rusiyalı həmkarı Sergey Lavrovla nüvə sazişi də daxil olmaqla, bir çox məsələləri müzakirə edəcəklər.
Bundan əlavə cümə axşamı İran XİN rəhbərinin Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin dəvəti ilə Brüsselə səfəri də nəzərdə tutulub. Onun səfər zamanı almaniyalı, fransalı və britaniyalı həmkarları ilə nüvə sazişi ətrafında son vəziyyətlə bağlı fikir mübadiləsi aparacağı bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər