Ermənistanda növbəti etiraz dalğası qaçılmazdır: Sarkisyanın dövrü başa çatır

Ermənistanda növbəti etiraz dalğası qaçılmazdır: Sarkisyanın dövrü başa çatır Son günlərdə Ermənistanda bir çox istehlak mallarının bahalaşması, işsizlik və yoxsuluq səviyyəsinin artmaqda davam etməsi cəmiyyətdə böyük etirazlara səbəb olub.
Ermənistan vətəndaşları şikayət edirlər ki, gəlirlərinin azalması və bahalaşma səbəbindən bir sıra ərzaq məhsullarından imtina etməyə məcburdurlar. Pensiyaçıların isə zəruri dərmanlar almağa imkanları çatmır. Ümumiyyətlə, bir çoxları ölkədən çıxıb getməyin xilas yolu olduğunu düşünürlər.
Ölkəni tərk etmək demişkən, son iki ildə Ermənistan vətəndaşlığından imtina edən insanların sayı kəskin artıb. Ermənistan Polis İdarəsinin Pasport-viza departamenti təsdiq edib ki, 2017-ci ildə 3823 vətəndaş Ermənistan vətəndaşlığından imtina haqqında ərizə verib. 2012-ci ildə 968 ərizə, 2013-cü il - 1461, 2014-cü il - 2407, 2015-ci il - 2487, ötən il isə 3863 belə ərizə daxil olub. Yəni 2012-ci ildən 2017-ci ilədək 15 mindən çox sakin vətəndaşlıqdan imtina edib.
Göründüyü kimi, vəziyyət o həddə çatıb ki, sosial böhranı nə dövlət qurumları, nə də rəsmi şəxslər təkzib edə bilir.
Ermənistanın sabiq polis rəisi, hakim Respublika Partiyasından olan deputat Alik Sarkisyan hesab edir ki, bu, ciddi göstəricidir və hökumət bunu ölkə üçün bir nömrəli problem kimi qəbul etməlidir.
A.Sarkisyan vətəndaşlıqdan imtinanı ölkədə sosial böhranla əlaqələndirir. Eyni zamanda, onun fikrincə, vətəndaşların böyük əksəriyyəti bu addımı orduda xidmətdən yayınmaq üçün atır.
Deməli, sıravi ermənilər artıq hakimiyyətin “Qarabağ oyunları”na inanmır, başqa ölkənin ərazisində xidmət edib həyatlarını riskə atmaq istəmirlər.

Tehsil-press.az

Oxşar xəbərlər