Papua-Yeni Qvineyada güclü zəlzələ - Ardınca sunami gəlir?
Papua-Yeni Qvineyanın şimal sahillərində Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Vabaq şəhərindən 81 kilometr şimal-şərqdə, yerin 88 kilometr dərinliyində qeydə alınıb. İnsan tələfatə və dağıntılar barədə barədə hələ məlumat daxil olmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.