Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanları ilə bağlı vəsaitlər hazırlayıb

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanları ilə bağlı vəsaitlər hazırlayıb Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədilə “Baza fənləri üzrə test toplusu” məcmuəsini, “İnsan anatomiyası”, “Bioloji kimya” vəsaitlərini nəşr edib.
“İnsan anatomiyası” Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası fənni üzrə tədris proqramı və DİM-in rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanıb. Vəsait tərtib olunarkən yeni “anatomik nomenklatura”dan istifadə edilib, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilib.
Vəsaiti http://www.abiturient.az/index.php?status=etrafli&id=663&fenn=&lang=az keçidindən sifariş etmək olar.
“Bioloji kimya” ATU-nun bioloji kimya fənni üzrə tədris proqramı və rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanıb. Vəsait tərtib olunarkən elmin müasir nailiyyətlərindən istifadə edilib, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilib. Vəsaitdə kimyəvi reaksiyalar zamanı yerini dəyişən atom və ya molekulların, eləcə də bəzi sxemlərin rəngli təsvir olunması, eyni zamanda, mürəkkəb biokimyəvi proseslərin reaksiyalarının sözlə ifadəsinin də verilməsi namizədin öyrəndiyi materialı daha asan qavramasına və yadda saxlamasına şərait yaradacaq.
Vəsaitin elektron versiyası (pdf formatında) DİM-in rəsmi saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edilə bilər (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal ) .
Vəsaitin çap variantını http://www.abiturient.az/index.php?status=etrafli&id=720&fenn=&lang=az keçidindən sifariş etmək olar.
Baza tibb təhsili əsasında rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş vəsait onların tədris prosesində əldə etdikləri biliklərinin operativ yoxlanılması və qiymətləndirilməsi, testlərlə işləmək vərdişlərinin möhkəmləndirilməsi, tədris olunan mövzuları daha yaxşı mənimsəmələri işinə kömək məqsədilə hazırlanıb. Nəşrdə 2011-2014-cü illərdə qəbul imtahanlarında namizədlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahı da verilib.
Vəsaiti http://abiturient.az/index.php?status=etrafli&id=675&fenn=&lang=az keçidindən sifariş etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər