Türk əsgərindən “təslim olun” əmri

Türk əsgərindən “təslim olun” əmri Türkiyə ordusunun Suriyada başlatdığı “Zeytun budağı” hərəkatı uğurla davam edir.
Afrin bölgəsində keçirilən anti-terror əməliyyatının videosu yayılıb. Kadrlarda türk hərbçilərin qarlı hava şəraitində döyüşdüyü əks olunub. Həmin görüntülərdə “təslim olun” əmrinə uymayan terrorçuların necə məhv edildiyi görünür.
Qeyd edək ki, “Zeytun budağı” adlı əməliyyat çərçivəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına mənsub 47 hədəf 27 təyyarə ilə məhv edilib.

Təhsil-press.az

Oxşar xəbərlər