6 fevral tarixində ABŞ-ın əsas və aparıcı hərbi təhsil institutlarından olan Milli Müdafiə Universitetində səfir Elin Süleymanovun universitetin Cənub və Mərkəzi Asiya Proqramının (SCAP) müəllim və tələbə heyəti üçün Azərbaycanın xarici siyasəti mövzusunda çıxışı baş tutub. Azərbaycan səfirinin ABŞ-ın tanınmış hərbi təhsil müəssisində artıq ənənəyə çevrilən bu çıxışı sözügedən universitetin dəvəti əsasında baş tutub. Qeyd edək ki, Milli Müdafiə Universiteti müdafiə və təhlükəsizlik sahəsində strateji səviyyədə ABŞ-ın müdafiə və təhlükəsizlik strukturlarının əməkdaşları üçün ali təhsil və təlim xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.
E.Süleymanov ABŞ-ın müdafiə, diplomatik və hüquq-mühafizə qurumlarının yüksək rütbəli əməkdaşlarından ibarət olan sözügedən proqramın dinləyicilərinə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açıb. Diplomat Azərbaycanın sadə coğrafi məkan deyil, onun məhz böyük geosiyasi əhəmiyyətə malik ölkə və strateji mərkəz olduğuna diqqət yönəlidb. Bu baxımından iştirakçılara təbii olaraq, müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığı barədə məlumat verilib. Səfir cari ildə bu respublikanın 100 illiyinin tamam olduğunu bildirmiş və bu respublikanın qısa müddətdə mövcud olmasına rəğmən hətta bir sıra qərb dövlətlərindən əvvəl həyata keçirdiyi mütərəqqi islahatlardan və dövlət quruculuğu sahəsində gördüyü əhəmiyyətli tədbirlərdən danışıb.
Daha sonra diplomat ötən əsrin sonunda dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun iqtisadiyyatının inkişafına, həmçinin regionlararası körpülərin qurulmasına əsaslı töhfə verdiyini bildirib. Qeyd edilmişdir ki, Azərbaycanda əldə edilən uğurlar digər post-sovet ölkələrindən fərqli olaraq ölkə rəhbərliyinin strateji baxışı və atdığı müdrik addımlar ilə əlaqədardır. E.Süleymanov əlavə edərək bildirib ki, ölkəmizi hətta təbii resurslarla zəngin olan bəzi digər dövlətlərdən fərqləndirən əsas amil onun Azərbaycan xalqının rifahına və bütövlükdə regionun gələcəyinə yönəlmiş strateji xəttinin olmasıdır.
Bu xüsusda, dinləyicilərə Azərbaycanın qurduğu uğurlu enerji strategiyası, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilmiş və bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi vurğulanıb. Eyni zamanda bildirilmişdir ki, enerji layihələrinin icrası ilə qurulan uzunmüddətli və möhkəm əsaslara malik tərəfdaşlıq əlaqələri hazırda Azərbaycanın etibarlı və ciddi tərəfdaş kimi tanınmasına imkan yaradıb.
Bundan əlavə, diplomat Azərbaycanın həyata keçirdiyi iri miqyaslı nəqliyyat infrastruktur layihələri barədə danışmış və bu xüsusda ötən ildə Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsinin tarixi İpək yolunun bərpası baxımından əhəmiyyətinə toxunub.
Daha sonra qeyd edilmişdir ki, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu və ardıcıl siyasət nəticəsində bu gün Azərbaycan Respublikası nəinki öz müstəqilliyini qoruyub saxlamış, hətta ölkəmiz qlobal səviyyədə cərəyan edən hazırkı mürəkkəb geosiyasi mühitdə regionda ən müstəqil siyasət yürüdən dövlət kimi tanınır.
E. Süleymanov Azərbaycanın qlobal terrorçuluq əleyhinə səylərə verdiyi töhfələri və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, xüsusən də Əfqanıstanda təhlükəsizliyin bərqərar edilməsi üçün koalisiya qüvvələrinə tranzit imkanlarını təmin etməsi, eləcə də Əfqanıstana ölkəmizin ikitərəfli dəstəyi barədə də danışıb. Həmçinin Azərbaycandakı tolerantlıq mühitinə, ölkəmizin sivilizasiyalararası dialoqa töhfəsinə diqqət yönəldilmiş, Azərbaycanda tarixən müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığının bu gün də dünyada təqdir edildiyini bildirilib.
Diplomat regionda sülh və inkişafa mane olan əsas amil kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın sülhə əngəl yaradan siyasəti barədə dinləyicilərə ətraflı məlumat verib. Bildirilib ki, təəssüf ki, post-sovet ölkələrində olan münaqişələr oxşar köklərə və oxşar elementlərə malik olduğuna baxmayaraq, onlara münasibət eyni deyil və bu da Azərbaycan cəmiyyətində ölkəmizə və xalqımıza qarşı ikili standartların tətbiq edildiyi təəssüratı yaradır. Səfir Azərbaycanla Ermənistanı müqayisə edərək, Azərbaycanın çoxmillətli və multikulturalizm ideyalarını təşviq edən və öz gələcəyini regionun inkişafında görən dövlət olduğu halda, Ermənistanın monoetnik və öz əməlləri nəticəsində regiondan təcrid olunmuş siyasət yürütdüyünü diqqətə çatdırdı və bildirdi ki, təəssüf ki, Ermənistan rəhbərliyi hazırda bunu başa düşmür və onun hazırkı siyasəti öz maraqlarını qurban verməkdən ibarətdir. Hazırda məhz bu siyasət nəticəsində, Ermənistanın faktiki olaraq müstəqilliyini itirib.
Sonda dinləyicilər fəal şəkildə sual-cavab mərhələsində iştirak etmiş, Azərbaycan-ABŞ tərəfdaşlığını və Azərbaycanın terrorçuluğa qarşı səylərə töhfələrini təqdir edib və səfir E.Süleymanova Cənubi Qafqazda təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri, həmçinin ölkəmizin xarici siyasətinin digər istiqamətlərinə aid suallar veriblər.
Eyni zamanda, 5 fevral tarixində ABŞ Milli Müdafiə Universitetinin Hərbi Kollecinin region üzrə tədqiqat aparan və ABŞ-ın müxtəlif dövlət strukturlarını təmsil edən bir qrup dinləyiciləri üçün Səfirlikdə brifinq təşkil edilmiş və tədbirdə yuxarıda qeyd edilən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tehsil-press.az