Azərbaycan, Türkiyə və Gürcüstan parlamentləri xarici işlər komissiyalarının iclası keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentləri xarici işlər komissiyalarının iclası keçiriləcək Fevralın 26-28-də Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici işlər komissiyalarının üçtərəfli toplantısı keçiriləcək.
Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkır bildirib.
V.Bozkır qeyd edib ki, toplantı zamanı Xocalı faciəsinin 26-ci ildönümü ilə əlaqədar bəyanat qəbul ediləcək və bir sıra məsələlərlə bağlı müzakirələr aparılacaq.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Tehsil-press.az

Oxşar xəbərlər