Dubayda gəlinə bənzəyən və onun hündürlüyündə olan qeyri-adi tort hazırlanıb. Məlumata əsasən, gəlinliyin dizayneri britaniyalı Debbi Uinqhem olub. Toy payları və hicab kremdən hazırlanıb. Nişan üzüyünün isə brilliyant olduğu qeyd edilib. Tort 1 milyon dollar dəyərində qiymətləndirilir.