Muzeydə “20 Yanvar şəhidləri” kataloqu hazırlanıb

Muzeydə “20 Yanvar şəhidləri” kataloqu hazırlanıb Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində bu elm müəssisəsinin materialları əsasında “20 Yanvar şəhidləri” kataloqu hazırlanıb.
Bu müəssisə xalqımızın qan yaddaşına həkk olunan 20 Yanvar faciəsi ilə bağlı sənəd, foto, əşyaların toplanması işini davam etdirir. Hazırda qeyd olunan faciə ilə bağlı 300-dən artıq eksponat muzeyin müvafiq fondlarında qorunur.
Kataloqda Qara Yanvara dair müxtəlif materiallar - otuz yeddi şəhidin şəxsi əşyaları, çoxlu fotoşəkillər, qəzetlər, rəsm əsərləri və s. əksini tapıb.

Təhsil-press.az

Oxşar xəbərlər