Obamaya "it oğlu" deyən Duterte: Tramp yaxşı prezidentdir

Obamaya Filippin Prezidenti Rodriqo Duterte ABŞ-lı həmkarı Donald Trampı “yaxşı prezident” hesab etdiyini bildirib.
R.Duterte bu sözləri mətbuat konfransı zamanı deyib.
O, D.Trampın öz ölkəsi üçün çox işlər gördüyünü qeyd edib: “İnandırım sizi, mən Trampı dəstəkləyirəm. O, yaxşı prezidentdir və ölkəsi üçün çox şey edir. Sadəcə onu başa düşmürlər”.
Qeyd edək ki, keçmişdə R.Duterte ABŞ-ın keçmiş prezidenti Barak Obama haqqında sərt fikirlər səsləndirmiş və onu “it oğlu” adlandırmışdı.

Təhsil-press.az

Oxşar xəbərlər