Putinlə bağlı yalan danışdı, istefa verməli oldu

Putinlə bağlı yalan danışdı, istefa verməli oldu Niderlandın xarici işlər naziri Halbe Zeylstra istefa verib.
Onun 2006-cı ildə Rusiya prezidenti Vladimir Putinlə görüşdüyü barədə dediyi yalan üzə çıxıb.
49 yaşlı nazir səhvini etiraf edib və millət vəkilləri qarşısında gözüyaşlı şəkildə çıxış edərək istefa verməkdən başqa çıxışının olmadığını söyləyib.
Qeyd edək ki, H.Zeylstra 4 ay öncə nazir vəzifəsinə təyin edilmişdi. Onun sabah Moskvaya rəsmi səfəri olacaqdı.

Tehsil-press.az

Oxşar xəbərlər