“Tənqid lazımdırmı? Azərbaycanda tənqidi normal qəbul edən varmı? Rəğbət bəslədiyiniz liderləri, rəhbərləri tənqidə alışdırın. Köhnə kadrlara baxıram. Əbülfəz Elçibəy onu tənqid edənləri bilirsiniz necə ram edir? Tənqidi tərif kimi qəbul etməklə. İllərlər Bəyi tənqid edən bir jurnalist kimi deyirəm ki, bir dəfə də Əbülfəz bəy haqqında tənqid yazdığıma görə məni görəndə üzünü yana çevirmədi, görəndə özü yaxınlaşdı, əl verdi və gülümsəyərək, əhvalımı soruşdu”.
Bunu tanınmış siyasi yazar Azər Rəşidoğlu sosial mediada bildirib. Tənqidin vacib olduğunu qeyd edən jurnalist belə davam edib: “Yenə köhnə kadrlara baxıram. KVN Heydər Əliyevi mətnaltı sərt tənqid edir, əhalinin zorla küçələrə yığılması ilə məzələnir, saray ziyalılarını dolayır, zalda əyləşən Heydər Əliyev qəhqəhə çəkir. Sonra KVNşiklərlə görüşür və deyir ki, elə bilirisniz, bilmədim kimi deyirsiniz “nə bilim...türkmənbaşı deyəndə” və gülməkdən uğunub gedir.
Mətbuat marşalı Nəcəf Nəcəfov tənqidi normal qarşılayır, ziyalı olduğunu sübuta yetirirdi. İndi hansı baş redaktoru işçisi tənqid edə bilər? “Azadlıq” qəzetində vaxtilə İsrail Musayev, Bahəddin Həziyev AXC rəhbərliyini sərt tənqid edirdi, Nəfəf bəy bunu dərc edirdi və hər kəsə ləzzət edirdi bu proses.
Təsəvvür edin ki, siyasi mühitdə olanları, liderləri heç kəs tənqid etmir. Onların içində hansı proses başlayar? Hər kəs deyir ki, tənqid edin, lakin bizə toxunmayın, biz savaş aparırıq. Lakin toxunmasaq, onlar mənəvi baxımdan məhv olar. Hacı İlqar İbrahimoğlu demişkən, cəmiyyətin heç bir sahəsi, kəsimi sağlam, haqlı tənqiddən kənarda qalmamalıdır. Qalacaqsa, durğunluq olacaq, inkişaf olmayacaq. Mütləq nəfəslik olmalıdır ki, hava dəyişsin. Bu olmadıqda əks əlaqə, özünü tənzimləmə olmur. Cəmiyyət böhran içindədir. Köhnə paradiqmanın qorunması səyləri ortadadır. Ziyanlıdır. Unutmayın ki, yaltaq adamlar sizi ilk addımda satacaqlar. Əbülfəz bəyin yanında Nəcəf bəy, Hikmət Hacızadə kimi tənqidçiləri var idi. Hansı lider tənqidi sevir? İsa Qəmbər digərlərindən bir addım öndədir, onu tənqid edib, sonra zəng edib, sadəcə, kefini soruşa bilərəm. Uzağı başqan “istiotu bol eləmisən, mən şirin yeməyi də xoşlayıram” deyəcək. Lakin bu azdır. O, lideri olduğu partiyada daha demokratik mühüt yaratmalıdır. Bəs digərləri?
Əgər biz siyasiləri tənqid ediriksə, jurnalisttikanın rəhbərlərini niyə tənqid etməyək? Onlar toxunulmaz kastadır? Çalışdığım hər yerdə, öz müstəqil fikrim olub. “Zerkalo”da da belə olub, “Yeni Müsavat”da da belə olub, “Bu gün”də də belə olub, digər yerlərdə də belə olub. Heç kəs mənə bununla bağlı təzyiq etməyib. Elçin bəy də öz fikrim olduğu üçün sayğı ilə yanaşıb, Rauf bəy də “sən müstəqil adamsan” deyib. Hər kəsdən yaltaqlıq tələb olunmur. Yaltaqlar satqın olur. Uzaq durun belələrindən. Tənqidə açıq olun. Bir məqam da var. Oyuna gedirsinizsə, öncədən müəyyənləşdirilən şərt və qaydalara əməl edin, riyakarlıq etməyin. Səmimi olsanız, sizi təqib edərlər, amma məhv etməzlər. Eyni vaxtda bir neçə yerə işləyən siyasi riyakarların sonu faciəli olur”.
Tehsil-press.az