Atasının kreslosunda oturdu, tənqid olundu - Foto

Atasının kreslosunda oturdu, tənqid olundu - Foto Donald Tramp ABŞ prezidenti seçildikdən sonra onun bütün ailə üzvləri, xüsusilə biznes-ledi olan qızı İvanka həmişə ictimaiyyətin diqqət dairəsində olub.

Təhsil-press.az xəbər verir ki, bu dəfə prezident qızı Ağ Evdə bir yanında atası, digər yanında Kanada baş naziri Castin Tryudo olan fotosunu Tvitter mikrobloqunda paylaşıb. Onun bu şəklində diqqətçəkən məqam isə İvankanın Donald Trampın kreslosunda əyləşməsi olub. İnternet istifadəçiləri prezident qızını bu fotosuna görə tənqid edərək bildiriblər ki, onun bu kresloda oturmağa haqqı yoxdur.
“Xalq tərəfindən seçilməmiş qadınlar prezident kreslosunda əyləşməməlidirlər”, - deyə istifadəçilərdən biri yazıb.

Təhsil-press.az

Oxşar xəbərlər