Tələbələr metal yataqlarının perspektiv göstəriciləri barədə məlumatlandırılıblar

Tələbələr metal yataqlarının perspektiv göstəriciləri barədə məlumatlandırılıblar Fevralın 23-də “AzerGold” QSC-nin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) geoloji-kəşfiyyat fakültəsinin tələbələri ilə görüşüblər.
Görüşdə “AzerGold” QSC-nin geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev və strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev iştirak ediblər.
“AzerGold” QSC-nin fəaliyyətini əks etdirən geniş tanıtım təqdimatı ilə çıxış edən Şəhabəddin Musayev müəssisənin ölkəmizdəki strateji əhəmiyyəti barədə tələbələrə məlumat verib. Kənan Salayev isə ölkəmizin ərazisindəki nəcib və əlvan metal yataqlarının perspektiv göstəriciləri barədə danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb.

Hikmət Əliyev


Tələbələr metal yataqlarının perspektiv göstəriciləri barədə məlumatlandırılıblarTələbələr metal yataqlarının perspektiv göstəriciləri barədə məlumatlandırılıblar

Oxşar xəbərlər