Tanınmış şair tələbələrin suallarını cavablandırıb

Tanınmış şair tələbələrin suallarını cavablandırıb Noyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tanınmış şair və publisist Süleyman Əlisa ilə görüş olub.
Görüşdə S.Əlisa tələbələrə öz yaradıcılığı, müəllifi olduğu kitablar, iştirak etdiyi beynəlxalq tədbirlər haqqında danışıb. Şairin “Təklə eli, tərəkəmə dünyası” kitabının Azərbaycan xalqının etnoqrafik tarixinin öyrənilməsi baxımından maraqlı tədqiqat əsəri olduğu bildirilib.
Müəllif kitabda etnogenezimizdə mühüm rol oynamış ən böyük tayfalardan biri olan təklələrin etnoqrafik özünəməxsusluğunun geniş araşdırıldığını diqqətə çatdırıb.
Sonra şair tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, S.Əlisa dünya azərbaycanlılarının fəaliyyətini geniş işıqlandıran, eləcə də azərbaycançılıq ideyasının yayılmasına xidmət edən “Neva sahillərində görüşlər”, “Moskvada Azərbaycan dünyası”, “Dünya azərbaycanlıları” kitablarının müəllifidir.

Hikmət Əliyev


Tanınmış şair tələbələrin suallarını cavablandırıbTanınmış şair tələbələrin suallarını cavablandırıb

Oxşar xəbərlər