Azərbaycan neftinin bir bareli 69 dollara çatır

Azərbaycan neftinin bir bareli 69 dollara çatır CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 68,87 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,77 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 68,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 26-da 64,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,87 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 26-da 67,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,26 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər