Şəxsiyyət vəsiqələrini istənilən "ASAN xidmət" mərkəzində dəyişdirə biləcəyik

Şəxsiyyət vəsiqələrini istənilən Azərbaycan vətəndaşları qeydiyyat yerindən asılı olmayaraq istənilən "ASAN xidmət" mərkəzində şəxsiyyət vəsiqələrini dəyişdirə biləcəklər.
Bu barədə Tehsil-press.az-a "ASAN xidmət"dən bildiriblər.
Qeyd olunub ki, bu imkan Mingəçevir şəhərində növbəti "ASAN xidmət" mərkəzinin açlışından sonra planlaşdırılıb:
"Məlum olduğu kimi, ötən gün Mingəçevir şəhərində yeni "ASAN xidmət" mərkəzinin açılışı oldu. Mərkəz tam fəaliyyətə başlayandan sonra bu barədə elan edəcəyik. Bu xidmət ilk növbədə rayonlarda yaşayan vətəndaşlarımız üçün aktualdır. Hazırda biz bu məsələ üzərində işləyirik".

Tehsil-press.az

Oxşar xəbərlər